Dünya futbolu

Mbappe Messinin rekordunu yenilədi

“Monako”nun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu debüt ilində Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu olub.

Bundan başqa, Mbappe daha bir nəticə ilə Messini arxada qoyub. 18 yaşlı forvard ÇL-nin pley-off mərhələsində 5 qol vuran ən gənc oyunçudur. Messi isə 5-ci qolunu 23 yaşında vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43