Dünya futbolu

Mbappe “Monako”dan ayrılır

“Monako”nun futbolçusu Kilian Mbappe komandadan ayrılmaq qərarına gəlib.

Ötən mövsümkü oyunu ilə Avropanın top klublarının diqqət mərkəzinə düşən 18 yaşlı hücumçu “Monako” rəhbərliyi ilə danışaraq ayrılmaq istədiyini bildirib.

“Barselona”nın futbolçusu Neymarın gedişindən sonra onun yerinə Mbappeni transfer edəcəyi iddia edilir. Bundan başqa, “Real”ın da onu transfer edəcəyi haqda xəbərlər yayılmaqdadır.

Qeyd edək ki, fransalı forvard ötən mövsüm ümumilikdə  44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43