Fransa millisinin hücumçusu Kilian Mbappenin Avro-2024-ün qrup mərhələsinin son oyununda Polşaya qarşı oynayacağını gözlənir.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçunun Avro-2024 qrup mərhələsinin ilk oyunu olan Avstriya görüşündə (1:0) burnu sınıb. Bu səbəbdən Mbappe Niderland ilə ikinci tur oyununu (0:0) buraxıb.
Daha öncə onun qrup mərhələsindəki qarşılaşmaları buraxacağı bildirilsə də, Mbappe Polşaya qarşı forma geyinə bilər. Fansa – Polşa matçı iyunun 25-də baş tutacaq.