20 Sentyabr 2024
Dünya futbolu

Mbappe PSJ-dən ayrılacağını açıqlamağa hazırlaşır

PSJ-nin hücumçusu Kilian Mbappe gələcək karyerası ilə bağlı açıqlama verəcək.

İdmanxeber.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu PSJ ilə sözləşməsi bitdikdən sonra klubu tərk edəcəyini bildirəcək.

Klub rəhbərliyi Mbappedən məlumatı hələlik açıqlamamağı xahiş edib. Çünki oyunçunun bu qərarı Fransa çempionatının televiziya hüquqlarının satışına təsir göstərə bilər.

Ulduz futbolçunun parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Mbappe bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43