16 Sentyabr 2024
Dünya futbolu

“Mbappe qol vurur, assistlər edir və hər şeyi bacarır”

Fransa millisinin əfsanəsi Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”ın sabiq forvardı PSJ-nin futbolçusu barədə xoş sözlər deyib:

“O, belə tamaşalara o qədər öyrəşib ki, bu, sadəcə olaraq inanılmazdır. Üstəlik, Mbappe mərkəz hücumçusu deyil, demək olar ki, hər yerdə oynayır. Qol vurur, assistlər edir və  hər şeyi bacarır. Problem ondadır ki, siz çox, çox güclü olanda insanlar tez-tez nə etmədiyinizi, nəyi yaxşı etmədiyinizi və ya çox yaxşı etmədiyinizi görürlər. Bəli, biz ondan çox tələbkarıq. Mbappe iki dəfə dünya kubokunun finalına çıxıb, onlardan birində het-trik edib. Onun artıq 300 qolu var”.

Xatırladaq ki, fransalı hücumçu “Real”ın da maraq dairəsindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43