Dünya futbolu

Mbappe Qrizmannla görüşüb – kapitanlıq üçün

Kilian Mbappe Fransa millisinin kapitanlığı ilə bağlı Antuan Qrizmannla danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin baş məşqçisi Didye Deşam ötən gün Mbappeni komandanın kapitanı təyin edib. Qrizmannın isə bu qərardan məyus olduğu bildirilir.

“Atletiko”lu futbolçunun hətta milli karyerasını bitirməyi düşündüyü də yazılmışdı. Bu söz-söhbətlərdən sonra isə Mbappe Antuanla söhbət edib. 

O, özünün kapitanlıq iddiasında olmadığını bildirib. Mənbə yazır ki, hazırda futbolçular arasında hər hansı soyuqluq yoxdur. 

Qrizmann baş məşqçinin bu qərarı ilə razılaşmasa da, millidən ayrılmaq fikrində deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43