Ölkə futbolu

“Mbappe “Real”a gələcək” – Florentina Peres

“Real”ın prezidenti Florentina Peres PSJ-nin futbolçusu Kilian Mbappeni transfer edəcəklərini söyləyib.

Onun sözlərinə görə, Fransa yığmasının 21 yaşlı hücumçusu bu il də olmasa, gələn il “Kral klubu”na keçəcək:

“Mbappenin “Real”a gələ biləcəyini düşünürəm. O, bunun üçün yetərincə yetkin biridi. Kilian daha böyüyə biləcək yaxşı oyunçudu. “Real”a bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

Mbappenin PSJ ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var. “Real”ın onun üçün 280 milyon avro ödəməyə hazır olduğu deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43