Dünya futbolu

Mbappe “Real”da?

Kilian Mbappe gələn mövsümdən etibarən “Real”da çıxış edəcək.

İdmanxeber.az Le Parisien portalına əsasən xəbər verir ki, fransalı ulduz bu yay “Real”a qoşulacaq. 25 yaşlı forvard PSJ ilə müqaviləsini yeniləməyəcək.

Mbappe 2017-cu ildən bəri PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 28 oyuna 29 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43