Dünya futbolu

Mbappe “Real”la razılığa gəlib?

"Monako"nun futbolçusu Kilian Mbappe yeni mövsüm İspaniyada oynaya bilər.

Fransalı hücumçu "Real"a transfer olunmağa razılıb verib. K.Mbappenin ailə üzvləri ilə danışıqlar aparan Madrid klubu istəyinə nail olub.

Bildirilib ki, 18 yaşlı hücumçunun "Kral klubu"na keçmək istəməsinin səbəblərindən biri də "Real"ın baş məşqçisi Zinəddin Zidanla birgə çalışmaq arzusudur.

Bundan əvvəl "Monako" "Mançester Yunayted"in Mbappe üçün göndərdiyi 85 milyon avroluq təklifini rədd edib. Klubun fransalı oyunçuya 120 milyon avro qiymət qoyduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43