Dünya futbolu

Mbappe üçün Premyer Liqa iddiası

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı oyunçu “Mançester Yunayted”in maraq dairəsindədi. Yeni mövsümə daha iddialı heyət qurmaq isrəyən “qırmızı şeytanlar” hücum xəttini gücləndirmək niyyətindədi.

Adı “Real”la da hallanan Mbappenin yayda Paris təmsilçisindən ayrılıb-ayrılmayacağı bəlli deyil.

Yerli mətbuat PSJ-dəki söz-söhbətlərdən narahat olan ulduz futbolçunun Fransadan ayrılmaq istədiyini iddia edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43