Fransalı hücumçu Kilian Mbappenin qardaşı Etan PSJ ilə ilk peşəkar müqaviləsini imzalamaq üzrədir
İdmanxeber.az-ın məlumatına görə, 16 yaşlı futbolçunun Paris təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.
Etan Mbappe PSJ-nin əsas komandasında dekabrın 20-də keçirilən Liqa 1-in 17-ci turunun “Metz”lə (3:1) matçında debüt edib. O, görüşün 90+2-ci dəqiqəsində meydana çıxıb.
Hazırda Fransa çempionatının turnir cədvəlinə “PSJ” başçılıq edir. Komanda 17 görüşdə 40 xal toplayıb.