Ölkə futbolu

Mbillanı fərqləndirdi, “Xəzər Lənkəran”a xəbərdarlıq etdi: “Bunu unutmasınlar”

“Qəbələ”ylə oyunda əlimizə düşən şansları qaçırtdıq. Biz qolları qapımızda səhvimizin ucbatından gördük. Ancaq bu son deyil. Hələ qarşıda çoxlu oyunlar var”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında AZAL-ın futbolçusu Ruslan Tağızadə deyib.

“Təyyarəçilər”in futbolçusu qarşıdakı turda qarşılaşacaqları “Xəzər Lənkəran”la oyuna da toxunub:

“Əgər çempionatda yaxşı yerlərdən birini tutmaq istəyiriksə bu cür oyunlarda qələbə qazanmalıyıq. “Xəzər Lənkəran” yaxşı komandadır və güclü futbolçuları da var. Nildo, Benuahi və Mbilla yaxşı futbolçulardı. Bunlardan ehtiyat etmək lazımdı. Ancaq AZAL-da yüksəlişdə olan komandadı. Bunu unutmasınlar!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43