Kateqoriyasız

Məbləğ bəlli oldu: FİFA hər il AFFA-ya nə qədər yardım edir?

1999-cu ildən etibarən FIFA-nın müxtəlif inkişaf proqramları çərçivəsində milli federasiyalara verdiyi vəsaitin həcmi 1 milyard dolları keçib. Bu hədd Botsvana Futbol Assosiasiyasına ödənilən vəsaitdən sonra əmələ gəlib.

Ali futbol qurumuna üzv 209 assosiasiya və 6 konfederasiya 15 il ərzində müvafiq olaraq, 778 milyon və 331 milyon dollar alıb. Həmin vəsaitlər əsasən, infrastruktur layihələrinin həyata keçirilməsi, habelə, planlı idarəetmə, texniki inkişaf, kişi və qadınlar arasında daxili yarışların təşkili, habelə, uşaq-gənclər futbolunun inkişafına sərf olunub.

Maliyyə yardımı çərçivəsində milli assosiasiyalar hər il hərəyə 250 min dollar, assosiasiyalar isə hərəyə 5,5 milyon dollar yardım alırlar.

Qeyd edək ki, Yozef Blatter FIFA prezidenti vəzifəsinə ilk dəfə 1999-cu ildə seçilib. O vaxtdan qurum müxtəlif layihələrə 2 milyard dollar sərf edib.

Lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43