14 Dekabr 2019
İdman

“Media Cup-4” turniri başa çatdı

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında 2 ay müddətində təşkil edilən Avropa Liqası Baku 2019 // “Media Cup-4” turniri başa çatıb.

Dünən AFFA-nın Futbol Akademiyasının meydançasında son turun oyunları keçirilib.

Əvvəlcə meydana “Bakı” və “CBC Sport” komandaları çıxıb. Birincilər qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanaraq Liqada ikinci yeri tutub. Son görüşdə isə “İdman Azərbaycan” və “MX United” üz-üzə gəlib. Dramatik matçda Mətbuat xidmətlərindən ibarət komanda 4:1 hesabı ilə qələbə qazanaraq “Media Cup-4″ün qalibi adını qazanıb.

Qeyd edək ki, 28 oyunun keçirildiyi Liqada ümumilikdə 89 idman jurnalisti qeydiyyatdan keçib.

Oxşar xəbərlər

Norveç millisinin futbolçusu: “Qələbə qazanacağıq”

admin

“Sumqayıt”dan ayrıldı, “Neftçi”yə keçdi – RƏSMƏN

admin

“Bakcell Arena”nın son durumundan xəbəriniz var? – FOTOLAR

admin