16 Sentyabr 2024
İdman

Medvedev rəqibini gözləyir

”Avstraliya Open”də mübarizə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda Daniil Medvedev polyak Hubert Hurkaçla qarşılaşıb. Maraqlı keçən oyun sonda rusiyalı tennisçinin qələbəsiylə bitib – 3:2 (7-6 (4), 2-6, 6-3, 5-7,6-4)

Medvedev yarımfinalda Alkaras – Zverev cütünün qalibiylə oynayacaq.

Qadınların mübarizəsində isə Çjen Çjen Anna Kalinskayanı, Dayana Yastremska isə Linda Noskovanı məğlub edərək yarımfinalda bir-birlərinə rəqib olublar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43