Milli komanda

Məğlubiyyətin əvəzini çıxa bilmədilər- bu dəfə bərabərlik

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin budəfəki rəqibi də Belarus yığması olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43