Dünya futbolu

Mehmet Topal Türkiyə millisindən kənarlaşdırıldı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Moldova yığmalarıla qarşılaşacaq Türkiyə millisi itki ilə üzləşib.

“Ay-ulduzlar” “Fənərbağça”nın futbolçusu Mehmet Topalın xidmətindən məhrum olub. Bu səbədən də 33 yaşlı yarımmüdafiəçi yığmadan kənarlaşdırılıb.

Super Liqanın 26-cı turunda “Sivasspor”la oyunda zədələnən futbolçunun durumu ciddidir.

Qeyd edək ki, Türkiyə martın 22-də səfərdə Albaniya qonağı olacaq. Şenol Günəşin rəhbərlik etdiyi komanda 3 gün sonra evdə Moldova yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43