Ölkə futbolu

Mehriban düşmənlər anlaşdı: “Neftçi” “Xəzər Lənkəran”a, “Xəzər Lənkəran” da “Neftçi”yə güzəştə getdi

“Xəzər Lənkəran” “Neftçi” ilə Rəşad Sadiqov transferində bütün detalları razılaşdırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubu Slavik Alxasovun “Neftçi”yə qayıdışında heç bir problem yaratmadığından “ağ-qaralar” da Sadiqov transferində əzəli rəqiblərinə güzəşt ediblər.

Qalır “Xəzər Lənkəran”ın Sadiqovun transferini rəsmiləşdirərək, ictimaiyyətə bildirməsi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43