Ölkə futbolu

Meksika Futbol Assosiasiyası AFFA-ya məktub göndərdi

2014-cü ilin may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ənənəvi IV Caspian Cup beynəlxalq turniri təşkil olunacaq.

Artıq Meksika Futbol Assosiasiyası müvafiq yaş qrupuna daxil olan Meksika yığmasının turnirdə iştirak edəcəyini təsdiq edən məktubu AFFA-ya göndərib.

Qeyd edək ki, Meksika U-17 yığması müvafiq yaş qrupu üzrə hazırkı dünya çempionudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43