Müsahibə

Melvin Platye “Xəzər Lənkəran”ın adını belə eşitmək istəmədi: “Bunun Lənkəran səfəri ilə nə əlaqəsi var?” – MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Melvin Platyenin idmanxeber.com saytına müsahibəsi.

– Sabah "Qarabağ"la sizi çətin oyun gözləyir. Bu matçla bağlı düşüncələrini öyrənməık istəyərdim.

Çətin oyun olacaq. Ancaq qələbə qazanmaq istəyirik. Çünki son matçda vaxib iki xal itirdik. Öz meydanımızda qalib gələrək "Sumqayıt"la oyunda itirdiyimiz iki xalı bərpa etmək fikrindəyik.

– Son oyunlarda komanda vacib xallar itirir. "Neftçi" sanki geriləyir.

Yox, siz niyə elə düşünürüsüz ki? Son oyunda mən qol vursaydım biz qalib gələcəydik. "Sumqayıt"la oyunda qol vurmaq üçün hər şey etdik, sadəcə bəxtimiz gətirmədi.

– "Xəzər Lənkəran"la Lənkəranda edilən qolsuz heç-heçədən sonra "Neftçi" sanki özünə gələ bilmir. komanda son 3 oyunda cəmi 4 xal qazana bilib.

Mən bu fikirlə razı deyiləm. Bunun Lənkəran səfəri ilə, "Xəzər Lənkəran"la nə əlaqəsi var? Bizim sadəcə bəxtimiz gətirmir. Qarşıdakı turlarda qələbə qazanıb itirdiyimiz xalları geri qaytaracağıq.

– Hələ ki, tam performansını "Neftçi"də ortaya qoya bilmirsən. Komandaya uyğunlaşmaqda elə bil çətinlik çəkirsən.

Yox, belə düşünməzdim. Yenə deyirəm əlimə düşən imkanlardan yararlana bilmsəm indi biz başqa söhbət edəcəydik. Bir daha deyirəm, "Sumqayıt"la oyunda o imkandan yararlana bilsəydim həm qol ehtiyatım ikiyə qalxardı, həm də komandam qalib gələcəkdi.

– "Qarabağ"la oyunda azarkeşlərə qol söğzü verirsənmi?

Yox, Çünki meydana çıxıb-çıxmayacağımı bilmirəm.

 

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43