Ölkə futbolu

Məmmədov “Neftçi”ni xatırladı: “Çempionlar liqasının qrup mərhələsinə düşmək…”

AFFA-nın baş katibi Elxan Məmmədov “Associated Press” agentliyinə müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, qurumun baş katibi ilk öncə ölkəmizdə futbolun inkişafından danışıb:

“Futbol ölkəmizə vacibdir və dövlət səviyyəsində, şəxsən prezident tərəfindən dəstəklənir. İlham Əliyev 2005-2015-ci illərdə Azərbaycan futbolunun inkişafı haqda fərman imzalayıb. Bu fərman infrastrukturun, yeniyetmə və qadın futbolunun inkişafını əhatə edir”.

Daha sonra Məmmədov AÇ-2020-i üçün Bakının namizədliyi haqda bunları deyib: “Biz hesab edirik ki, bu, hazırda bizim üçün ən böyük nailiyyətdir”.

AFFA rəsmisi “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışlarını yada sallaraq, ÇL-də klublarımızn oynama potensialının olduğunu vurğulayıb:

“Çempionlar liqasının qrup mərhələsinə düşmək, bizim üçün tamamilə realdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43