Kateqoriyasız

“Mən əgər bilsəydim ki, oyun öncədən razılaşdırılıb heç vaxt çıxıb oynamazdım”

“Mən inanıram ki nəticə bizim də xeyrimizədir. Düzdür orda suni ot örtüyüdür və oynamaq çətindir. Bu gün də oyunun taleyini həll edə bilərdik amma bir -birini tanımayan oyunçular oynayırdı. Bəzi oyunçulara istirahət vermişdi baş məşqçi. Gözləyək baxaq orda nə olacaq”.

Bu sözləri "Neftçi" – AZAL(0:0) matçından sonra "ağ-qaralar"ın futbolçusu Karlos Kardoso İdmanxeber.com-a verdiyi müsahibədə deyib:

– Baş məşqçinin bəzi oyunçuları əsas heyətə salmaması özünə güvəndən irəli gəlirdi yoxsa  çempionatın növbəti turuna görə…

– Hələdə  biz çempion olacağımıza inanırıq, ona görə də “İnter”lə vacib oyuna yorğunluq olmasın deyə bəzi futbolçulara istirahət verilmişdi. Əgər “İnter” üzərində qələbə qazansaq 2-ci pilləyə yüksəlirik. Ona görə də hələ inamımız var.

– Bu inam nədən irəli gəlir?  “Qarabağ”ın xal itirməsindənmi.

– Tək ona görə yox, hələki riyazi olaraq şansımız var. Bunun üçün mübarizə aparmalıyıq.

– Mərhələ adlaya bilməsəz bu “Neftçi” adına faciə sayılar?

– Hələki heçnə itirilməyib. Keçən il öz meydanımızda “Rəvan”la 1-1-lik heç-heçə etdik amma səfərdə qələbə qazandıq. “Neftçi”nin AZAL-ı məğlub edə biləcək gücü var. Yeganə problemimiz AZAL-ın stadionunun süni olmasıdı. Amma bunları fikirləşməyib qələbə qazanmaq lazımdır.

– Oyundan əvvəl müəyyən sözlər gəzirdi ki, AZAL çempionat oyununda  “Neftçi”yə məğlub olur, kubokda da “Neftçi” AZAL-a məğlub olacaq.

– Bilmirəm, heç bu barədə danışmaq belə istəmirəm. Stadiona qələbə üçün çıxmışdım. Mən əgər bilsəydim ki, oyun öncədən razılaşdırılıb, heç vaxt çıxıb oynamazdım. Əgər meydana çıxıramsa demək mən bilmirəm. İnanmıram ki, “Neftçi”də belə bir şey ola.

– Son vaxtlar aqresivliyinlə yadda qalırsan.

– Mən həmişə beləyəm. Futbolu mənə belə öyrədiblər. Əgər 0-0 hesabı ilə bitibsə oyun deməli yaxşı oynamışam. Bu futboldu biraz aqresiv olmaq lazımdır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43