27 Oktyabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • “Mən “Xəzər Lənkəran” azarkeşlərinə qarşı belə bir hərəkəti edə bilmərəm” – MÜSAHİBƏ
Müsahibə

“Mən “Xəzər Lənkəran” azarkeşlərinə qarşı belə bir hərəkəti edə bilmərəm” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın sabiq rumıniyalı futbolçusu Andrey Mureşanın idmanxeber.com saytına müsahibəsi.

– Salam Mureşan. Səni Azərbaycandan narahat edirik.

– Salam, buyurun.

– Hal-hazırda hansı klubda karyeranı davam etdirirsən?

Rumniyanın”Astra” klubunda çıxış edirəm.

– Səni Azərbaycana gətirən Mirça Rednik oldu. Azərbaycan və Lənkəran üçün darıxmısan?

Bəli, çox darıxmışam. Əsasən də “Xəzər Lənkəran” fanatları üçün çox darıxmışam. Onlar möhtəşəmdirlər, biz onlarla gözəl uğurlar qazandıq, burda isə elə fanatlar yoxdu (təəssüflənir).

– Hal-hazırda “Xəzər Lənkəran”da kiminləsə əlaqən var?

Bəli, keçmiş komanda yoldaşlarımla əlaqəm var. Adrian Pitlə tez-tez danışıram.

– Əgər yenidən “Xəzər Lənkəran”dan təklif gəlsə, buraya qayıdarsan?

Bəli, əgər təklif gəlsə, çox sevinərəm.

– “Xəzər Lənkəran”ın yeni baş məşqçisi türkiyəli Mustafa Dənizlidir. Bu haqda nə deyə bilərsən?

Mən “Qarabag” – “Xəzər Lənkəran” oyununun videosuna baxdim. O, çox gözəl komanda qurub.

– Həftə sonu “Böyük oyun” olacaq. “Xəzər Lənkəran” – “Neftçi” ilə qarşılaşacaq? Bu oyun haqda nə deyə bilərsən?

Ümid edirəm ki, “Xəzər Lənkəran” qalib gələr. Bu oyunun “Xəzər Lənkəran” azarkeşləri üçün böyük əhəmiyyəti var və həmin oyunu məhz cənublu fanatlar üçün qələbə qazanmağa borcludurlar, onlar buna layiqdirlər.

– Əgər “Neftçi”dən sənə təklif gəlsə qəbul edərsən?

Mən “Xəzər Lənkəran” azarkeşlərinə qarşı belə bir hərəkəti edə bilmərəm. Azərbaycan da yalnız “Xəzər Lənkəran”da oynamağa hazıram.

– Son olaraq “Xəzər Lənkəran” azarkeşlərinə sözün…

Məndən bütün “Xəzər Lənkəran” azarkeşlərinə çoxlu salam söyləyin. Onlar möhtəşəmdirlər. Lənkəranlılar üçün darıxmışam və mütləq onları görməyə gələcəm.

Cəmil


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin futbolçusu: “Qarabağ”la oyunda qorxulu bir şey görmürəm”

admin

Vaqif Cavadov: “Məqsədim bombardir olmaq yox, komandanı çempion etməkdi” – MÜSAHİBƏ

admin

Çempion KAPİTAN: “Qarabağ” indiyə kimi heç bir kluba güzəştə getməyib, getməyəcəkdə!”

admin