Dünya futbolu

Meneceri açıqladı: “Beşiktaş” “Mançester Siti”nin ulduz futbolçusuna təklif göndərib

Türkiyənin “Beşiiktaş” klubu transfer çalışmalarını sürətləndirib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə “ağ-qaralar” “Mançester Siti”nin ulduz futbolçusu Joleon Leskota rəsmi təklif göndərib. Bu barədə müdafiəçinin meneceri Ceyms Feterson “Sky Sports”a açıqlamasında məlumat verib. Leskotun bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43