Ölkə futbolu

Mənsimov Dənizlini “qaraladı”: türkiyəli mütəxəssis klub prezidentindən nə istəyir?

“Xəzər Lənkəran” Zaqatalada “Simurq” önünə Mustafa Dnizlinin rəhbərliyi altında çıxmayacaq.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis vətənindən Azərbaycana gəldikdən sonra komandanı məşqə çıxartsa da, Zaqatala səfərinə yollanmayıb. Buna səbəb onun klub prezidenti Masi Mənsimovla görüşmək istəməsidi.

Maraqlıdır ki, “Xəzər Lənkəran”ın prezidenti də Dənizlini qəbul etmək istəmir. Daha doğrusu əldə etdiyimiz məlumata görə, Mənsimov Dənizlinin işindən və verdiyi əqrarlardan xoşu gəlmir. 

Lakin Dənizli də Mənsimovla görüşmə\kdə israrlıdı. Bu görüşün səbəbləri isə məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43