Dünya futbolu

Mərakeş millisinin üzvü rəsmən “Qalatasaray”da

“Qalatasaray” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhəngi Kiyev “Dinamo”sunun futbolçusu Yunis Belhandanı heyətinə cəlb edib. Mərakeş millisinin üzvü ilə 4 illik rəsmi üqavilə imzalanıb.

“Cim bom” bu transfer üçün Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə “Qalatasaray”da illik 3 milyon avro qazanacaq.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Fransanın “Nitsa” komandasında keçirib. O, meydana çıxdığı 36 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43