Müsahibə

Mərakeşin baş məşqçisi: “Belə hakim səhvləri ilə hətta dünya çempionluğunu da qazanmaq olar”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində A qrupunda mübarizə aparan milli komandamız Mərakeşlə 0:0 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən matçdan sonra keçirilən mətbuat konfransında Mərakeşin baş məşqçisi Cemal Sellami jurnalistlərin suallarını cavablandırıb: –

– İlk öncə təşkilatçılıq üçün Azərbaycan təşəkkür edirəm. Biz burada müəyyən çətinliklər yaşadıq. Vaxt sarıdan problemlərlə üzləşdik. Yarışlarla bağlı demək istəyirəm ki, bu, bizim üçün həmrəyliyin, qardaşlığın nümunəsi oldu. Ümid edirəm ki, layiq olan qalib gələcək.

İndiyədək 3 oyun keçirmişik və qəribə davranışla üzləşmişik. Bu oyunlarda bizə qarşı hakimlər çox qərəzli olublar. Ola bilər ki, hakimlər gürcüstanlı olduğu üçün bunları anlamadı. Hakim bugünkü oyunda insafsızca davrandı. Bu, hakimlik adına mənfi haldır.

– Ən narazı qaldığınız epizod hansı idi?

– 2-ci hissədə hakim 3 dəqiqə əlavə etdi. Dəyişiklik olubsa, hakimin 3 dəqiqə əlavə etməyə haqqı var. Bir də 11 metrlik cərimə zərbəsi olmalı idi, amma olmadı.

– Sizcə, bu oyunla Azərbaycan Əlcəzair millisinə qalib gələ biləcəkmi?

– Mənim imkanım olmadı ki, Əlcəzairin oyununu izləyim…

– Oyun ərzində çoxlu səhvlərin şahidi olduq. Hər iki komandada səhvlər var idi. Siz bunu necə dəyərləndirirsiz?

– Təbii ki, belə hallar baş Verdi. Mən oyunçularıma dedim ki, sakit olsunlar. Oyunçularımızdan 3-ü sarı vərəqə də aldı və mən onları dəyişdim. Hakimlər bizə qarşı haqsızlıq etdi. Düşünürəm ki, belə hakim səhvləri ilə hətta dünya çempionluğunu da qazanmaq olar. Amma biz hər zaman formamız (gerbi göstərir – red.) üçün oynayırıq.  Bu, mənim Azərbaycana ilk səfərim idi. Çalışacağıq ki, hakimlərin haqsızlığını unudacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43