Ölkə futbolu

Mərakeşli futbolçu Mustafa Dənizlini sevindirdi

Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın futbolçusu Zouahir Benuahi bu gün keçirilən məşqdə zədələnərək hazırlığı yarıda dayandırmışdı.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, mərakeşli yarımmüdafiəçinin zədəsi ciddi deyil və o, fevralın 1-də səfərdə keçiriləcək “Qarabağ”la oyunda çıxış edə bilər.

Qeyd edək ki, Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” oyunu saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43