İdman

Mərc oyunlarında iştirak edən futbolçu cəzalandırıldı

İngiltərə Futbol Federasiyası “Nyukasl”ın futbolçusu Cek Kolbeki cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, buna 27 yaşlı futbolçunun mərc  oyunlarına iştirak etməsi səbəb olub.

Belə ki, ingiltərəli futbolçunun bir neçə oyuna pul yatırdığı müəyyən olunub. Federasiya mərc oyunlarında iştirak edən futbolçuya 25 min funt-sterlinq məbləğində pul cəzası kəsib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43