Milli komanda

Mərdəkanda maraqlı hadisə: Rəşad Sadıqov lehimizə verilən penaltiyə etiraz etdi

21 yaşadək futbolçulardan ibarət millimizin Macarıstan millisi ilə oyununda maraqlı məqam diqqətdən qaçmayıb.

İdmanxeber.com-un məlumatına görə, hazırda davam edən görüşün 49-cu dəqiqəsində qarşılaşmanın baş hakimi İnqilab Məmmədov millimizin lehinə penalti təyin edib. Mübqahisəli penalti qərarı macarlar tərəfində kəskin etirazla qarşılanıb. Epizodun penalti olmadığı düşüncəsində olan komandamızın baş məşqçisi Rəşad Sadıqov da İnqilab Məmmədova “İnqilab, belə etmə də…” – deyərək, etiraz edib.

Hazırfda davam edən qarşılaşmada hesab 3:3-dü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43