Ölkə futbolu

Məsələ öz həllini tapdı: Rauf Əliyev rəsmən Albaniya klubunda – FOTO

Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Albaniya mətbuatı xəbər yayıb. Son ölkə çempionu  Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də təqdimat mərasimini bu gün keçirib.

Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin mümkün olmadığını bildirirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43