Dünya futbolu

Məşhur futbol hakimi vəfat etdi

Tanınmış hakim Boqdan Doçevin 81 yaşında vəfat edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bolqarıstan Futbol Federasiyası məlumat yayıb.

Doçev 1986-cı ildə Argentina – İngiltərə oyunu zamanı Maradonanın əllə qol vurmasını görməməklə məşhurlaşmışdı. Həmin qarşılaşmada o, referi tunisli Əli Ben Naserlə birlikdə düzgün vurulmayan qolu hesaba almışdı.

Xatırladaq ki, oyundan sonra Maradona qolun “Tanrının əli” ilə vurulduğunu bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43