İdman

Məşhur futbolçu karyerasını başa vurdu

Almaniya yığmasının sabiq futbolçusu Kevin Kuranyi karyerasını bitirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı futbolçu özü verib:

“Nəhayət ki, mənim də məqamım gəldi. Artıq 35 yaşım var. Hesab edirəm ki, karyeramı bitirməyin vaxtıdı. İndi vaxtımı başqa işlərə həsr etməliyəm”.

Braziliya əsilli hücumçu karyerası ərzində Almaniya millisinin və “Şalke”, “Ştuttqart”, “Dinamo” (Moskva) və “Hoffenhaym” kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43