Dünyadan

Məşhur qapıçı “Fənərbaxça”da!

Transfer çalışmalarını davam etdirən Türkiyənin “Fənərbaxça” klubu sıralarını daha bir futbolçu ilə genişləndirib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi tanınmış qolkiper Karlos Kameni ilə anlaşıb. Futbol azarkeşlərinin La Liqa klublarından yaxşı tanıdığı 33 yaşlı “əlcək sahibi” yeni komandası ilə 2+1 illik müqaviləyə qol çəkəcək. “Sarı bülbül”lər 2020-ci ilə qədər “Malaqa” ilə müqaviləsi olan qapıçı üçün fantastik məbləğ ödəməyəcək. 

Xatırladaq ki, 186 sm boya malik Kameni karyerası ərzində “Malaqa”dan əvvəl “Espanyol”, “La Havre” və “Sent Etyen” klublarında çıxış edib. O, 19 dəfə Kamerun seçməsinin də qapısını qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43