Ölkə futbolu

Məşqçi dəyişdi, Samir Məsimov özünü göstərdi

“Neftçi”nin sabiq üzvü Samir Məsimovun top qovduğu Sloveniyanın “Domjale” klubunda baş məşqçi dəyişikliyi olub.

İdmanxeber.com-un məlumatına görə, 2013-cü ildən komandanın “sükanı arxasında” olan Luka Elsner “sarı-göylər”lə yollarını ayırıb. 34 yaşlı mütəxəssis ölkənin daha samballı klubu olan “Olimpiya” ilə anlaşıb.

Samirin “Domjale”dəki yeni məşqçisi də bəlli olub. Belə ki, komandanı bundan sonra Simon Rojman çalışdıracaq.

Artıq Rojman “Domjale”nin “sükanı arxasında” ilk oyununu da keçirib. Belə ki, Rojman yetirmələrini klubun U-19 komandasıyla yoxlama oyununda sınayıb. Samirin də şans qazandığı oyunda “Domjale”nin əsas komandası gənclərə dərs keçib – 4:0.

Məsimov oyunun 86-cı dəqiqəsində vurduğu qolla komandasının qələbəsinə töhfə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” buraxıldı

admin

Azərbaycan kubokunda 3-cü dəfə- bu dəfə “Qarabağ”

admin

“Səbail”in hücumçusu: “Dünyanın hər yerində futbolun dili eynidir”

admin