Milli komanda

Məşqçilərimiz UEFA seminarında

Fevralın 8-də etibarən Türkiyənin Antalya şəhərində Rusiya Futbol İttifaqının təşkilatçılığı ilə qapıçı məqşçiləri üçün UEFA seminarı başlayıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Faiq Əzizov, Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes və köməkçisi Ramiz Kərimov seminarda iştirak edir.

Məşğələlər İrlandiya, Estoniya, Norveç və Hollandiyadan olan mütəxəssislər tərəfindən keçirilir. Bu gün başa çatacaq seminara Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Rusiya və Ermənistanı təmsil edən qapıçı məşqçiləri qatılıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43