Dünyadan

Messi 1-ci, Ronaldo 5-ci oldu

UEFA 2016-ci ildə Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran futbolçuların siyahısını tərtib edib.

İdmanxeber.com-un məlumatına görə, siyahının ilk  pilləsində 49 oyuna 50 qol vuran "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. 48 oyuna 47 qol vuran Luis Suares ("Barselona) ikinci, 50 oyuna 47 qol vuran Zlatan İbrahimoviç ("Mançester Yunayted") isə üçüncü olub.

"Qızıl top"un qalibi Kriştiano Ronaldo isə 5-ci pillədə qərarlaşıb.

Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran 11 futbolçu aşağıda adları qeyd olunanlardır:

1. Lionel Messi ("Barselona") – 49 oyunda 50 qol

2. Luis Suares ("Barselona") – 48 oyunda 47 qol

3. Zlatan İbrahimoviç (PSJ/"Mançester Yunayted") – 50 oyunda 47 qol

4. Robert Levandovski ("Bavariya") – 48 oyunda 39 qol

5. Kriştiano Ronaldo ("Real") – 42 oyunda 38 qol

6. Edinson Kavani (PSJ) – 48 oyunda 36 qol

7. Serxio Aquero ("Mançester Siti") – 44 oyunda 35 qol

8.  Qonzalo İquain ("Napoli"/"Yuventus") – 43 oyunda 33 qol

9. Pyer-Emerik-Obameyanq ("Borussiya") – 43 oyunda 32 qol

10. Fedor Smolov ("Krasnodar") – 33 oyunda 29 qol

11. Aleksandr Lakazette ("Lion") – 39 oyunda 29 qol


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43