Dünya futbolu

Messi 4-cü dəfə “Qızıl buts”un sahibi oldu

Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan “Qızıl buts" mükafatının sahibi müəyyənləşib.

Bu mükafata "Barselona"nın futbolçusu Lionel Messi sahib çıxıb. O, cari mövsüm La Liqada 34 oyunda 37 qol vurub.

Bas Dost ("Sportinq", 34 qol) ikinci, Pyer-Emerik Obameyanq ("Borussiya", Dortmund, 31 qol) üçüncü olub.

Qeyd edək ki, L.Messi futbolçu karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. O, bundan əvvəl 2010, 2012, 2013 illərdə Avropa çempionatlarının ən yaxşı bombardiri seçilib. Bununla da o, "Qızıl buts"u 4 dəfə qazanan "Real"ın hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43