Kateqoriyasız

Messi 6-cı dəfə “Qızıl top”u qazandı

“France Football” nəşrinin sorğusuna əsasən, 2019-cu ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi səsvermədə qalib olub. 32 yaşlı hücumçu 6-cı dəfə “Qızıl top”u qazanıb. “Liverpul”un müdafiəçisi Vircil van Deyk 2-ci, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo 3-cü olub.

“Yuventus”un niderlandlı müdafiəçisi Matteys de Liqt ən yaxşı gənc futbolçu seçilib.

“Liverpul”un braziliyalı futbolçusu Alisson Beker ən yaxşı qapıçı adına layi görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43