Dünya futbolu

Messi, Aquero və Di Mariya milliyə çağırılmadı

Argentina millisi yoxlama oyunalrı üçün heyəti açıqlayıb.

Argentina milli komandasının Qvatemala və Kolumbiya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Heyətə Messi, İquayn, Aquero və Di Mariya çağrılmayıb. Argentina mətbuatının yaydığı xəbərlərə görə, Messinin çağırılmama səbəbi ulduz oyunçunun yığma komandaya bir müddətlik fasilə verməsi üçün baş məşqçidən xahiş etməsidir. Digər oyunçuların niyə dəvət almaması barədə isə heç bir məlumat verilməyib. 

Qeyd edək ki, “İnter”in hücumçusu Mariyo İcardi yenidən milli komandanın heyətinə çağırılıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43