Dünya futbolu

Messi azarkeşlərinə səsləndi

“Barselona”nın futbolçusu Lionel Messi azarkeşlərinə ismarıc göndərib.

Argentinalı rəsmi “Facebook” səhifəsindən ona dəstək olan insanlara təşəkkürünü bildirib və tezliklə yaşıl meydanlara qayıdacağını deyib:

“Hər kəsin bildiyi kimi bir müddət forma geyə bilməyəcəm. Bu müddət ərzində tez bir zamanda zədəmi sağalmağa çalışacam. Mənim üçün komanda ilə birlikdə olmamaq çox pisdir. Mənə qarşı olan bu dəstəyə oynadığım futbolla qarşılıq verəcəm. Hər kəsə təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43