Dünyadan

Messi “Barselona” ilə razılığa gəldi

“Barselona” Lionel Messi ilə müqavilənin uzadılmasına dair razılığa gəlib.  

İdmanxeber.com-un məlumatına görə, klubun təklif etdiyi maaş argentinalı hücumçunu qane edib. Belə ki, Kataloniya təmsilçisi ulduz futbolçuya ildə 40 milyon avro məvacib təklif edib. “Barselona”nı təklifi bu həddə yüksəltməyə rəqiblərinin “tanqoçu”ya olan marağı vadar edib.

Qeyd edək ki, Lionel Messinin hazırkı anlaşması 2018-ci ilin yayınadək nəzərdə tutulub. Anlaşmada onun başqa kluba keçid haqqı isə 250 milyon avro göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43