Dünya futbolu

Messi “Barselona” ilə yeni müqavilə imzalayır

Gələn ilin iyun ayında azad agent olacaq Lionel Messi ilə “Barselona” müqaviləni artırmağa yaxındır.

İdmanxeber.com-un məlumatına görə, katalonlar 29 yaşlı futbolçuyla mayda 5 illik müqavilə imzalayacaq.

Bir müddət əvvəl verilən məlumata görə, “Barselona” Messiyə müqaviləni artırması üçün 40 milyon bonus və ilinə 35 milyon avroluq müqavilə təklif edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43