Dünyadan

Messi “Barselona” rəhbərliyini seçim qarşısında qoydu: “Ya mən, ya da o”

"Barselona"nın "Real Sosiyedad"a 1-0 məğlub olduğu matça ehtiyatda başlayan Lionel Messi ilə baş məşqçi Luis Enrike arasındakı gərginlik böyüyür .

İdmanxeber.com-un məlumatına görə, bazar ertəsi məşqə çıxmayan Messi ilə günboyu əlaqə saxlamaq mümkün olmayıb. Bunun üzərinə texniki baş məşqçi Luis Enrike , Argentinalı oyunçuya cəza vermə qərarı aldıb amma araya girən Xavi , İniesta və Busgets, Messiyə cəza vermənin xaosu daha da artıracağını ifadə edərək Luis Enrikeni razı etməyi bacardı.

Lakin bunu öyrənən Messi, "Barselona" rəhbərliyinə " ya mən ya da Luis Enrike " seçimini qoyub.

İspan radiosu "Cadena Cope", "Barselona" rəhbərliyin Argentinalı ulduza Luis Enrikenin qovulacağı istiqamətində söz verdiyini açıqladı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43