08 Sentyabr 2024
Dünyadan

Messi “Barselona”dan ayrıla bilər: argentinalı ulduzun atası danışıqlar üçün İspaniyaya gəldi

"Barselona"da Messi müəmması sona yaxınlaşır.

İdmanxeber.com-un məlumatına görə, argentinalı ulduz futbolçunun meneceri olan atası Xorxe Messi İspaniyaya gəlib.

"Marca"nın yaydığı xəbərə görə, yaxın günlərdə argentinalı forvardın Kataloniya klubu ilə müqaviləsinin uzadılmasıyla bağlı tərəflər arasında son görüş keçiriləcək. Məsələnin belə uzanmasının səbəbi Messini Kataloniya klubundan illik 20 milyon avro tələb etməsidi. "Barsa" isə18 milyondan yuxarı məbləğə razılaşmayacağını bildirib.

Xatırladaq ki, Messi hazırda 16 milyon avro qazanır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43