Dünya futbolu

Messi “Barselona”dan təklif almayıb

PSJ-nin hücumçusu Lionel Messi Parisdə keçmiş komanda yoldaşları Serxio Busqets və Jordi Alba ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın baş məşqçisi Xavi liqa çempionluğunu qazandıqdan sonra futbolçulara bir günlük istirahət verib. Oyunçular söhbət əsnasında Messinin “Barselona”ya mümkün keçidi barədə danışıblar. 

35 yaşlı oyunu Kataloniya klubundan heç bir təklif almadığını bildirib. Messinin PSJ ilə müqaviləsi mövsüm sonu çatır.

35 yaşlı argentinalı bu mövsüm klubda bütün turnirlərdə 39 oyuna çıxıb, 20 qol vurub və 20 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43