Dünya futbolu

Messi “Barselona”ya gəlmək üçün ilk addımı atdı

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmağa müsbət yanaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero məlumat verib. O bildirib ki, argentinalı futbolçu Kataloniya klubuna keçmək üçün fədəkarlıq belə etməyə hazırdır.

Messi “Barselona”nın hazırkı maliyyə durumundan xəbərdardır. Ulduz futbolçu bu səbəbdən də Kataloniya klubunda PSJ-dəki maaşından az məbləğə oynamağa razıdır.

Bir müddət öncə klubda Messinin yüksək maliyyə şərtləri səbəbindən komandaya gəlişə qarşı olanlar var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43