Dünya futbolu

“Messi “Barselona”ya qayıtmayacaq”

Lionel Messi PSJ-də qalmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə fransalı jurnalist Qaston Edul məlumat verib. O bildirib ki, argentinalı futbolçu Paris klubunda xoşbəxtdir və yeni müqavilə imzalayaq:

“Messi “Barselona”ya qayıtmayacaq. Bu barədə çıxan xəbərlər doğr deyil. PSJ Messiyə 2024-cü ilə qədər yeni sözləşmə təklif edib. Futbolçu da bunu qəbul edəcək. Rəhbərlik ulduz futbolçunun 2025-ci ilə qədər klubda qalmasına israr edəcək”.

Messi cari mövsüm Liqa 1-də 14 oyun keçirib və 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43