Dünya futbolu

Messi cəzalı duruma düşdü

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya La Liqasının 29-cu turunda “Qranada” ilə oyunu buraxacaq.

Buna səbəb onun ölkə çempioatının 28-ci turunda “Valensiya” ilə görüşdə sarı vərəqə almasıdır. Bu mövsüm sarı vərəqələrini sayı 5-ə yüksələn argentinalı hücumçu cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qranada” – “Barselona” görüşü aprelin 2-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43