Dünya futbolu

Messi daha bir tarix yazmağa hazırlaşır

Lionel Messi karyerasında daha bir ilki bacarmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Argentina millisi yoxlama oyununda Panama yığması ilə qarşılaşacaq. Messi matçda fərqlənərsə, karyerasındakı 800-cü qolunu vurmuş olacaq.

Messi əgər görüşdə dubla imza atarsa, millinin heyətində 100 qol vuran ilk oyunçu olaraq adını Argentina futbolunun  tarixinə yazdıracaq. 

Ulduz futbolçu karyerası ərzində “Barselona”da 672, PSJ-də 29, Argentina millisində 98 dəfə fərqlənməklə aktivində 799 qolu var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43